Rusiyanın Moskva vilayətinə Ukrayna tərəfindən pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində yaralananların sayı 10 nəfərə çatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat verib.
Vorobyov sosial şəbəkə hesabında bildirib ki, hücum Podolsk, Domodedovo və Odintsovo şəhərlərini əhatə edib. Onun sözlərinə görə, yaralananlar arasında bir uşaq və Çin vətəndaşı olan 3 nəfər də var.
Qubernator əlavə edib ki, xəsarət alanların hamısına zəruri tibbi yardım göstərilir.