logo
logo logo
logo

Hindistanda güclü yağışlar can aldı

16:43 - 20 İyul 2026

Hindistanda güclü yağışlar can aldı

Hindistanda leysan yağışlarının səbəb olduğu torpaq sürüşmələri, daşqınlar və ildırım vurması nəticəsində azı 16 nəfər həyatını itirib. Ölkədə cənub-qərb musson yağışları gündəlik həyata ciddi təsir göstərməkdə davam edir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, rəsmilərin məlumatına görə, Cammu və Kəşmir bölgəsində güclü yağışların yaratdığı torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 11 nəfər ölüb, çoxsaylı şəxsin taleyi isə hələ də naməlumdur. Uttarakhand ştatında ildırım vurması nəticəsində 2 nəfər həyatını itirib, bir sıra avtomobil yolları nəqliyyatın hərəkəti üçün bağlanıb. Naqaland ştatında baş verən daşqınlarda isə 3 nəfər ölüb, çoxlu sayda evə ziyan dəyib, bəzi şəxslərin dağıntılar altında qaldığı bildirilib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Hindistan Meteorologiya Departamenti (IMD) ölkənin şimal və şərq bölgələrində güclü yağışların yaxın günlərdə də davam edəcəyi barədə xəbərdarlıq edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az