logo
logo logo
logo

Qayanada qəzada boğulan 41 nəfərin meyiti tapıldı

23:52 - 21 İyul 2026

Qayanada qəzada boğulan 41 nəfərin meyiti tapıldı

Xilasedicilər Qayana sahillərində bərə qəzası zamanı boğulan 41 nəfərin meyitini aşkar ediblər.


Manset.az Report-a istinadən xəbər verir ki, 77 nəfər xilas edilib. Qəza bölgəsindəki axtarış-xilasetmə əməliyyatına 16 gəmi, həmçinin dalğıclar cəlb olunub.

Xatırladaq ki, iyulun 19-da "MV BARIMA" bərəsi Barima-Vaini regionuna gedərkən Qayana sahillərində aşıb. Son məlumatlara görə, gəminin göyərtəsində 179 nəfər olub. Qalan şəxslərin axtarışı davam edir.

Hakimiyyət orqanları qəzaya gəminin həddindən artıq yüklənməsinin və heyət üzvlərinin idarəetmədə buraxdığı səhvin səbəb ola biləcəyini ehtimal ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az