Belçikanın paytaxtında qorxunc hadisə baş verib. Belə ki, metro stansiyasında gözləyən gənc tanımadığı qadını relslərin üstünə itələyib.
Manşet.az “Haber Global”-a istinadən bununla bağlı dəhşətli kadrları təqdim edir.
Görüntülərdən aydın olur ki, maşınist qatarı son anda saxlaya bilib.
Gənc hadisə yerindən qaçıb. Qadının nə səbəbə itələndiyini məlum deyil. Tibbi müayinə zamanı onda ciddi fikiziki travma müəyyən edilməyib, sadəcə bərk qorxub.