Avstraliyada təbii yolla yaranan və olduqca nadir rast gəlinən tək yumurta dördüzləri dünyaya gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Brisbendəki Kral Qadın Xəstəxanasında Cenitar Na'amoananın dünyaya gətirdiyi dörd qız körpə mayalanmış bir yumurta hüceyrəsinin dörd embriona bölünməsi nəticəsində formalaşıb.
Həkimlərin sözlərinə görə, bu cür hamiləlik təxminən hər 15 milyon hamiləlikdən birində qeydə alınır. Yüksək riskli hesab edilən hamiləlik müddətində ana həkim nəzarətində saxlanılıb.
Körpələr hamiləliyin 28-ci həftəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Onların sağlamlıq vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Məlumata görə, körpələr normal doğuş müddətinə çatana qədər yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsində həkim nəzarətində qalacaqlar.
Hazırda dörd övladı olan ailə dördüz gözlədiklərini öyrənəndə böyük təəccüb yaşadıqlarını bildirib.