logo
logo logo
logo

İsrail-Livan danışıqlarının 7-ci raundunun tarixi açıqlandı

21:16 - 22 İyul 2026

İsrail-Livan danışıqlarının 7-ci raundunun tarixi açıqlandı

HAMAS-ın Siyasi Bürosunun yeni rəhbəri Xəlil əl-Həyyə bütün fələstinli qruplaşmaları birləşməyə və ümummilli dialoqa başlamağa çağırıb.


    Manset.az xəbər verir ki, bu barədə əl-Həyyənin HAMAS-ın Teleqram kanalında yayımlanan ilk çıxışında deyilir.

    əl-Həyyə bildirib ki, Fələstin xalqının birliyinin təmin olunması hərəkatın əsas prioritetlərindən biridir. O qeyd edib ki, bununla yanaşı, Qəzza zolağında qan tökülməsinin tam dayandırılması, normal həyatın bərpası və əhalinin məcburi köçünün qarşısının alınması da əsas məqsədlər sırasındadır.

    Əl-Həyyə bütün Fələstin qruplaşmalarını razılaşdırılmış milli proqram əsasında birləşməyə çağıraraq, hazırkı mərhələdə birtərəfli addımların yolverilməz olduğunu vurğulayıb.

    O, həmçinin Fələstin milli institutlarının, ilk növbədə isə Fələstin Azadlıq Təşkilatının demokratik əsaslarla və ümummilli konsensus çərçivəsində yenidən qurulması üçün təxirəsalınmaz milli dialoqun başlanmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, bütün Fələstin siyasi qüvvələri qərarların qəbulunda və milli strategiyanın həyata keçirilməsində bərabər iştirak etməlidir.

    Çıxışının sonunda HAMAS lideri beynəlxalq ictimaiyyəti və BMT-ni Qəzza zolağının mülki əhalisini qorumağa və İsraili hərbi cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağırıb.

    Xatırladaq ki, HAMAS iyulun 20-də Qəzza zolağında hərəkatın lideri olmuş Xəlil əl-Həyyənin Siyasi Büronun rəhbəri seçildiyini açıqlayıb. Bu vəzifə 2024-cü ilin oktyabrında Yəhya Sinvarın İsrailin Rəfah şəhərinə endirdiyi zərbə nəticəsində öldürülməsindən sonra boş qalmışdı. Ondan əvvəl isə Siyasi Büroya rəhbərlik edən İsmayıl Həniyyə isə 2024-cü ilin iyulunda Tehranda İsrailin hücumu zamanı həlak olmuşdu.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az