logo
logo logo
logo

"İran razılaşmaya hazır deyil, bunun bədəlini ödəməyə davam edəcək" - Rubio

16:50 - 23 İyul 2026

\"İran razılaşmaya hazır deyil, bunun bədəlini ödəməyə davam edəcək\" - Rubio

ABŞ dövlət katibi Marko Rubio İranın nüvə proqramı ilə bağlı razılaşma əldə etməyə hazır olmadığını iddia edib. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, o bildirib ki, Tehran bu mövqeyinə görə getdikcə daha ağır nəticələrlə üzləşəcək.

Rubio Filippində keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Xarici İşlər Nazirləri Şurasının 59-cu iclası çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən İranla bağlı açıqlamalar verib.

ABŞ dövlət katibi iddia edib ki, İran həm birbaşa, həm də dolayı yollarla Vaşinqtondan razılaşma əldə etməyə çalışır.

Rubionun sözlərinə görə, əsas problem ondan ibarətdir ki, İran hər hansı razılaşma əldə etdikdən sonra ya onu pozur, ya da dəyişdirməyə cəhd göstərir.

"Bu isə onların razılaşmaya hazır olmadığını göstərir. Onlar bunun bədəlini ödəməyə davam edəcəklər və hər gecə bu bədəl daha da artır. Hazırda baş verən də məhz budur", – deyə Rubio bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az