logo
logo logo
logo

Trampdan yeni tarif qərarı - 60 ölkə hədəfdə

13:00 - 24 İyul 2026

Trampdan yeni tarif qərarı - 60 ölkə hədəfdə

ABŞ Prezidenti Donald Tramp administrasiyası onlarla ticarət tərəfdaşına qarşı yeni gömrük rüsumları tətbiq edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, yeni qərar ABŞ-ın 60 ticarət tərəfdaşını əhatə edir və Trampın ötən il prezidentliyə qayıdışından sonra yenidən alovlanan ticarət müharibəsinin növbəti mərhələsi hesab olunur.

Məlumata görə, Böyük Britaniya, Çin və Avropa İttifaqı da daxil olmaqla, sözügedən tərəfdaşlardan ABŞ-a idxal edilən əksər mallara 10-12,5 faiz həcmində gömrük rüsumu tətbiq olunacaq.

Yeni tariflər cümə günü qüvvədən düşən əvvəlki rüsumları əvəz edir. Ağ Ev bu addımı bəzi ölkələrin məcburi əməyə qarşı kifayət qədər mübarizə aparmaması ilə əsaslandırıb.

ABŞ üzrə ticarət eksperti Kerolin Freund isə bildirib ki, qərarın əsas səbəbi məcburi əmək deyil. Onun sözlərinə görə, Donald Tramp yeni tarifləri tətbiq etmək üçün hüquqi əsas axtarıb.

Xatırladaq ki, ABŞ Ali Məhkəməsi bu ilin əvvəlində qlobal fövqəladə səlahiyyətlər çərçivəsində tətbiq edilən bir sıra tariflərin qanunsuz qəbul edildiyinə qərar vermişdi.

ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrin isə bildirib ki, yeni tədbirlər həm insan hüquqlarının pozulması, həm də ədalətsiz ticarət təcrübələri ilə mübarizəyə xidmət edəcək və işçilərin rifahının yaxşılaşdırılmasına töhfə verəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az