logo
logo logo
logo

Venesuelalılar hələ də yaxınlarını axtarır - FOTOLAR

11:40 - 24 İyul 2026

Venesuelalılar hələ də yaxınlarını axtarır - FOTOLAR

Venesuelada baş verən dağıdıcı qoşa zəlzələdən bir ay keçməsinə baxmayaraq, minlərlə insan hələ də itirdiyi yaxınlarının taleyindən xəbərsizdir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 49 yaşlı balıqçı Viktor Kalderon faciənin baş verdiyi gün dənizdə olub. O, artıq 18 gündür gəmidə olarkən radio vasitəsilə ailəsi ilə yaşadığı binanın dağıldığını öyrənib.

Sahilə qayıtdıqdan sonra isə qohumlarından 26 nəfərin həlak olduğunu bilib.

Həlak olanlar arasında onun bacıları, onların övladları və nəvələri, ögey atası, eləcə də doqquz əmisi və dayısı uşağı da var.

"Bu, dəhşətli, çox dəhşətli bir hadisədir", – deyə Viktor Kalderon bildirib.

O, itkin düşən sonuncu şəxsin də tapılmasına qədər yas saxlaya bilmədiyini vurğulayıb:

"İtkin düşənlərin sonuncusunu tapana qədər onlar üçün ağlamamışam."

Viktorun ailəsi La-Quayra ştatının Karaballeda şəhərində yerləşən və OPPE 26 kimi tanınan sosial yaşayış kompleksində yaşayırdı. Məhz bu ərazi zəlzələnin ən çox zərər vurduğu yerlərdən biri hesab olunur.

Onun qızı və nəvəsi isə sağ qalıb. Hazırda onlar ailənin digər sağ qalan üzvləri ilə birlikdə qolf meydançasında qurulmuş çadır düşərgəsində yaşayırlar.








Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az