Türkiyədə sərnişin avtobusunun qəzaya düşdü - 15 nəfər xəsarət aldı

10:26 - 16 Yanvar 2022

Türkiyədə sərnişin avtobusunun qəzaya düşdü - 15 nəfər xəsarət aldı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Bu barədə Manset.az “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə Sivasda, Koyulhisar ərazisində baş verib. Belə ki, sərnişin avtobusu yük maşını ilə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 15 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım, xilasedicilər və polis əməkdaşları cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan 4-nün vəziyyəti ağırdır.

Qəzanın qarlı hava şəraitindən baş verdiyi bildirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az