logo
logo logo
logo

Makron Avropa Birliyindən kömək istədi 

14:59 - 24 İyul 2026

Makron Avropa Birliyindən kömək istədi 

Fransa Prezidenti Emmanuel Makron ölkədə geniş əraziləri əhatə edən meşə yanğınları ilə mübarizəyə dəstək məqsədilə Avropa İttifaqının (Aİ) mülki müdafiə mexanizminin işə salınmasını xahiş edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Emmanuel Makron ABŞ mənşəli X sosial şəbəkə platformasında paylaşdığı açıqlamada bildirib ki, xüsusilə ölkənin cənub-qərbində yerləşən Jirond departamentində yanğınların söndürülməsi istiqamətində əməliyyatlar davam edir.

Yanğınların söndürülməsi üçün səfərbər olunan yanğınsöndürənlərə və digər aidiyyəti əməkdaşlara təşəkkürünü bildirən Fransa Prezidenti qeyd edib ki, son bir neçə gündə minlərlə hektar əraziyə yayılan yanğınlarla mübarizəyə əlavə dəstəyin göstərilməsi məqsədilə Aİ-nin mülki müdafiə mexanizminin aktivləşdirilməsi barədə müraciət olunub.

Makronun sözlərinə görə, bu çərçivədə Xorvatiyadan iki, Portuqaliyadan iki yanğınsöndürmə təyyarəsi, həmçinin Çexiya və Slovakiyadan göndəriləcək iki helikopter yanğınların söndürülməsi əməliyyatlarına cəlb ediləcək.

Fransa Prezidenti göstərilən həmrəyliyə görə Avropadakı tərəfdaş ölkələrə təşəkkür edib.

Qeyd edək ki, cari mövsümdə Fransada 50 min hektardan artıq ərazi yanıb. Hazırda müxtəlif bölgələrdə yanğınların söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az