logo
logo logo
logo

NATO sərhədində PUA gərginliyi - Rumıniya onu vurdu

15:07 - 24 İyul 2026

NATO sərhədində PUA gərginliyi - Rumıniya onu vurdu

Rumıniya hava məkanına icazəsiz daxil olan PUA F-16 tərəfindən vurulub.


Manset.az türk mediasına istinadən xəbər verir ki, nazir Toiu "X" sosial media platformasında paylaşdığı bəyanatda bildirdi ki, yerli vaxtla saat 11:02-də F-16 qırıcı təyyarəsini idarə edən rumıniyalı pilot ölkənin hava məkanına icazəsiz daxil olan pilotsuz uçuş aparatını (PUA) vurub salıb.

Toiu vurğuladı ki, ələ keçirmə əməliyyatı Buzau əyalətinin yaşayış olmayan ərazisində həyata keçirilib.

Vurulan PUA-nın qalıqlarının araşdırıldığını qeyd edən Toiu dedi: "Daha yüksək təhlükəsizliyə aparan yol sərhədimizdə sülhün bərqərar olması yoludur. Biz vətəndaşlarımızı qoruyacaq və günahsız mülki şəxsləri bu cür qanunsuz hücumlardan müdafiə etmək istiqamətindəki beynəlxalq səyləri dəstəkləməyə davam edəcəyik".

Rumıniya Milli Müdafiə Nazirliyinin yazılı bəyanatında qeyd olunub ki, sözügedən PUA yerli vaxtla saat 09:39-da, Sulina şəhərindən təxminən 20 kilometr şərqdə radar müşahidə sistemi tərəfindən aşkarlanıb.

Bəyanatda bildirilib ki, hava hədəfi daha sonra Rumıniyanın hava məkanına daxil olub və Sulina, Braila, Feteşti və Buzau şəhərlərini əhatə edən marşrut üzrə hərəkət edib.

Məlumata görə, hədəfi izləmək üçün NATO-nun hava patrulu missiyasını yerinə yetirən iki İtaliya "Eurofighter Typhoon" qırıcısı yerli vaxtla saat 09:48-də havaya qalxıb; ardınca saat 10:56-da Feteştidəki 86-cı Hava Bazasından Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 qırıcısı da əməliyyata qoşulub.

Vurulan PUA-nın hansı ölkəyə məxsus olması barədə məlumat verilməyib.

Bundan əlavə, mayın 29-da Rusiyanın Ukraynaya gecə hücumları zamanı Rusiya istehsalı olan bir PUA Rumıniyanın hava məkanına daxil olaraq yaşayış binasına çırpılıb və nəticədə iki nəfər xəsarət alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az