logo
logo logo
logo

Almaniyada hava limanında kütləvi dava

20:40 - 02 Avqust 2026

Almaniyada hava limanında kütləvi dava

Almaniyanın Nürnberq hava limanında növbə üstündə baş verən kütləvi dava nəticəsində 11 sərnişin uçuşdan kənarlaşdırılıb.


Manset.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə hava limanının terminalında baş verib. İki qrup arasında yaranan mübahisəyə ümumilikdə 20-yə yaxın şəxs cəlb olunub.

İddialara görə, 29 yaşlı Türkiyə vətəndaşı 43 yaşlı həmvətəninin üzünə zərbə endirib. Bundan sonra tərəflər arasında kütləvi dava başlayıb.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Hüquq-mühafizə orqanları dava iştirakçılarının şəxsiyyətini müəyyənləşdirib, müşahidə kameralarının görüntülərini götürüblər.

Polis nümayəndəsinin sözlərinə görə, davada iştirak edən 11 nəfər planlaşdırdıqları reysdən kənarlaşdırılıb.

Hazırda hadisə ilə bağlı araşdırmanı Nürnberq hava limanının sərhəd polisi aparır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az