Ariana Qrande gələn ay "Eternal Sunshine" turnesini başa vurduqdan sonra ictimai tədbirlərdə iştirakdan çəkiləcək və Londonda nəzərdə tutulan musiqili tamaşada rol almayacaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 33 yaşlı amerikalı müğənninin nümayəndəsi "People" jurnalına bildirib ki, turne bitdikdən sonra o, diqqət mərkəzindən kənarda qalmağa üstünlük verəcək. Buna səbəb onun son dövrlərdəki çıxışlarının sonsuz və davamlı ictimai müzakirələrə səbəb olmasıdır.
2027-ci ildə "Barbican"da səhnələşdirilməsi planlaşdırılan Stiven Sondheymin "Sunday in the Park with George" əsərinin yeni quruluşunu hazırlayan şirkət təsdiqləyib ki, müğənni artıq layihədə iştirak etməyəcək və bu qərar şirkət tərəfindən "tam anlaşılır və dəstəklənir".
Son illərdə Qrandenin xarici görünüşü və səhhəti müxtəlif şayiə və müzakirələrin mövzusu olub.