logo
logo logo
logo

Krımda əsgər dəhşət saçdı - Xidmət yoldaşlarını və mülki şəxsləri atəşə tutdu

12:15 - 04 Avqust 2026

Krımda əsgər dəhşət saçdı - Xidmət yoldaşlarını və mülki şəxsləri atəşə tutdu

Krımda bir hərbçi xidmət yoldaşlarına və mülki şəxslərə atəş açıb.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, hadisə Krımın Sevastopol şəhəri yaxınlığındakı Xmelnitski kəndində baş verib.

Rusiyanın təyin etdiyi Sevastopol administrasiyasının rəhbəri Mixail Razvojayev sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, hərbçi xidmət yoldaşlarına və ətrafda olan mülki şəxslərə atəş açıb.

Onun sözlərinə görə, hücum nəticəsində bir hərbçi və üç mülki şəxs olmaqla ümumilikdə 4 nəfər həyatını itirib. Hadisə zamanı daha 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az