logo
logo logo
logo

Hörmüz boğazının açılması üçün yeni ŞƏRTLƏR

10:06 - 09 Avqust 2026

Hörmüz boğazının açılması üçün yeni ŞƏRTLƏR

İran Hörmüz boğazını yenidən açmaq üçün ABŞ-ın yerinə yetirməli olduğu bir sıra şərtləri açıqlayıb.


Manset.az İranın dövlət mediasına istinadən xəbər verir ki, şərtləri İranın milli təhlükəsizlik üzrə yüksək vəzifəli rəsmisi açıqlayıb. Tehranın tələbləri arasında ABŞ-ın dəniz blokadasını aradan qaldırması, hərbi qüvvələrini geri çəkməsi və müharibəni birdəfəlik dayandırması yer alıb.

Eyni zamanda, İran və Oman Hörmüz boğazında gəmiçiliyin idarə olunması ilə bağlı razılaşmaya yaxın olduqlarını bildiriblər. Tərəflər dünyanın enerji daşımaları üçün mühüm əhəmiyyət daşıyan su yolunda vəziyyətin tənzimlənməsi üzərində işləyirlər.

CNN-in mənbələrinin məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn də İranla müharibədən çıxış yolunun tapılmasının vacibliyini qapalı görüşlərdə bildirib. Onun fikrincə, münaqişəni daha da genişləndirə biləcək hərbi addımlar ABŞ üçün əks nəticələrə səbəb ola bilər.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az