Avropada təxminən 30 ildən sonra ilk dəfə tam Günəş tutulması müşahidə olunacaq.
Manset.az Sky News-a istinadən xəbər verir ki, nadir təbiət hadisəsi avqustun 12-də baş verəcək. Ay Yer ilə Günəş arasından keçərək bəzi ərazilərdə Günəşin qarşısını tamamilə kəsəcək.
NASA-nın məlumatına görə, tam tutulma Qrenlandiya, İslandiya, Rusiyanın şimalı, İspaniya və Portuqaliyanın kiçik bir hissəsindən görünəcək. Böyük Britaniya və İrlandiyada isə Günəşin təxminən 90-98 faizi örtüləcək.
Tam tutulmanın əksər ərazilərdə iki dəqiqədən az, tutulma xəttinin mərkəzinə yaxın bəzi yerlərdə isə təxminən 2,5 dəqiqə davam edəcəyi gözlənilir.
Mütəxəssislər Günəş tutulmasını adi gün eynəyi ilə izləməyin gözlərə ciddi zərər verə biləcəyini bildirərək, xüsusi qoruyucu eynəklərdən istifadə etməyi tövsiyə ediblər.