Rusiya-Ukrayna müharibəsində cəbhə xəttində ciddi dəyişiklik olmasa da, qarşılıqlı hava hücumları intensivləşib.
Manset.az CNN-ə istinadən xəbər verir ki, hər iki tərəf uzaqmənzilli raket və PUA hücumlarını artırıb. Ekspertlərin fikrincə, hücum imkanlarının hava hücumundan müdafiə sistemlərini üstələməsi daha çox zərbənin hədəfə çatmasına səbəb olur.
Ukrayna son dövrdə Rusiyanın neft emalı zavodları, enerji infrastrukturu, anbarları və hərbi logistika obyektlərinə hücumları intensivləşdirib. Rusiya isə Ukraynaya qarşı kütləvi raket və PUA hücumlarını davam etdirir.
BMT-nin məlumatına görə, bu ilin ilk yarısında Ukraynada azı 1396 mülki şəxs ölüb, 7978 nəfər yaralanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz çoxdur.
CNN qeyd edir ki, hava müharibəsinin daha da genişlənməsi mülki əhali və mühüm infrastruktur üçün təhlükəni artırır.