Fransanın cənub-şərqində təxminən bir həftədir davam edən yanğın hələ də söndürülməyib.
Manset.az yerli mətbuata istinadən xəbər verir ki, ölkədəki yanğınlar böyük ölçüdə nəzarət altına alınıb. Lakin yanğın nəticəsində indiyədək təxminən 400 hektar ərazi yanıb.
Hələ də söndürülə bilməyən yanğınlarda 4 yanğınsöndürən də yüngül xəsarət alıb. Yanğınlara 400-dən çox yanğınsöndürən və 4 helikopter ilə müdaxilə davam edir.
Buş-dü-Ron departamentinin Fontvieille şəhərindəki yanğın isə dünən nəzarət altına alınıb.
Fransanın meteorologiya agentliyi ölkə üzrə 17 departamentdə yanğın riskinin “yüksək” olduğunu açıqlayıb.
Həmçinin ölkənin yeni isti hava dalğasının təsiri altına girdiyini və 22 departament üçün temperaturla bağlı “narıncı” xəbərdarlıq elan edildiyi bildirilib.
Tarixinin ən böyük yanğın mövsümünü yaşayan Fransada bu il 117 min hektar ərazi külə dönüb.