Ukrayna Rusiyanın Tatarıstan Respublikasında yerləşən Nijnekamsk şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. Hücum zamanı TANECO neft emalı zavodunun da vurulduğu iddia olunur.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 12 nəfər həlak olub, 39 nəfər isə yaralanıb.
Belyayev qeyd edib ki, Tatarıstan Respublikasının rəhbəri Rustam Minnixanov Ukraynanın hücumundan sonra matəm elan edib.
Rusiya mətbuatında yayılan məlumatlarda hücum zamanı Rusiyanın texnoloji baxımdan ən müasir neft emalı müəssisələrindən biri hesab olunan, “Tatneft” şirkətinə məxsus TANECO neft emalı zavodunun da vurulduğu iddia edilir.
Qeyd edək ki, sözügedən neft emalı zavodu ötən ilin iyun ayında da Ukraynanın hücumuna məruz qalmışdı.