Filippində güclü tropik siklonlar və musson yağışları nəticəsində həlak olanlar var.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Filippin hökuməti ölkədə təsir göstərən Luis və Maymay tropik siklonları, həmçinin cənub-qərb mussonunun səbəb olduğu güclü yağışlar nəticəsində ölənlərin sayının 19-a çatdığını açıqlayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində 15 nəfər xəsarət alıb, 4 nəfərdən isə xəbər yoxdur.
Əlverişsiz hava şəraitinin 11 bölgədə təxminən 2,27 milyon nəfərə təsir etdiyi qeyd olunub.
Həmçinin 900-dən çox təxliyə mərkəzinin yaradıldığı və burada təxminən 95 min nəfərin yerləşdirildiyi bildirilib.