logo
logo logo
logo

Ukrayna NATO-dan kömək istədi

14:40 - 12 Avqust 2026

Ukrayna NATO-dan kömək istədi

Ukraynanın NATO-nun Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzindən (EADRCC) minaların təmizlənməsi və partlayıcı sursatların daşınması sahəsində imkanlarının genişləndirilməsi üçün dəstək istədiyi bildirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, NATO-dan verilən açıqlamada Rusiya-Ukrayna müharibəsi səbəbindən Ukrayna ərazisində çoxlu sayda partlayıcı sursatın qaldığı və bunun dinc əhali, eləcə də mühüm infrastruktur üçün ciddi təhlükə yaratdığı qeyd olunub.

Məlumata görə, Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti (DSNS) minaların təmizlənməsi və partlayıcı sursatların daşınması sahəsində imkanlarını artırmaq məqsədilə NATO-nun EADRCC-dən yardım istəyib.

Ukraynanın TAC-6 taktiki bomba zərərsizləşdirmə geyimləri, taktiki ballistik eynəklər və taktiki qoruyucu qulaqlıqlar da daxil olmaqla müxtəlif avadanlıqlara ehtiyac duyduğu bildirilib.

NATO açıqlamasında minalardan təmizləmə işlərinin Ukraynanın bərpası və ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunması baxımından həyati əhəmiyyət daşıdığı vurğulanıb.

Ukrayna daha əvvəl də EADRCC-yə müraciət edib. Ölkə 24 oktyabr 2025-ci ildə su, ərzaq və yanacaq təminatı da daxil olmaqla humanitar yardım imkanlarının genişləndirilməsi üçün dəstək istəyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az