logo
logo logo
logo

74 yaşında estetik əməliyyat etdirən Bülent Ersoyun SON HALI

11:40 - 13 Avqust 2026

74 yaşında estetik əməliyyat etdirən Bülent Ersoyun SON HALI

“Diva” ləqəbi ilə tanınan məşhur türkiyəli sənətçi Bülent Ersoy 74 yaşında estetik əməliyyat keçirib. “Ulduzların yaşı yoxdur” deyən sənətçi üzündə estetik müdaxilə etdirib və əməliyyatdan sonra yeni görüntüsünü sosial şəbəkə hesabında paylaşıb.


Manset.az  Türkiyə mediasına istinadən xəbər verir ki, türk sənət musiqisinin əfsanəvi simalarından olan Bülənt Ərsoy bir neçə gün əvvəl sosial şəbəkə hesabında etdiyi paylaşım ilə şou-biznes gündəminə düşüb.

Məşhur sənətçi xəstəxana otağından foto paylaşaraq estetik əməliyyat keçirdiyini açıqlayıb. Ərsoyun üzündə “lolita lift”, orta üz gərmə və alın gərmə əməliyyatlarının aparıldığı bildirilib.

İndiyədək üzündə ən kiçik estetik müdaxilə belə etdirmədiyini deyərək hər kəsi təəccübləndirən sənətçi bu radikal qərarından sonra sosial şəbəkə hesabında belə yazıb:

“Hörmətli izləyicilərim, biz ulduzların yaşı yoxdur, yaşı olmayan insanlarıq. Lakin yaşlanmaq da bir həqiqətdir. Uzun illərdir estetik əməliyyat anlayışı mənə çox uzaq olub. Bəlkə də inanmayacaqsınız, amma ən sadə prosedur olan botoksu belə uzun illər ərzində etdirməmişdim. Özümü həkimimə etibar etdim. Əldə etdiyim nəticənin uğurunu və sevincini sizinlə bölüşürəm”.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az