Cənubi Amerika ölkəsi Kolumbiyada avqustun 10-da baş verən 7,4 maqnitudalı zəlzələ nəticəsində həlak olanların sayı 265-ə yüksəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kolumbiya Prezidenti Abelardo de la Espriella paytaxt Boqotadakı San Karlos sarayında keçirdiyi brifinqdə zəlzələnin nəticələri ilə bağlı son məlumatları açıqlayıb.
De la Espriella fəlakət nəticəsində ölənlərin sayının 265-ə çatdığını, 3 494 nəfərin yaralandığını, 496 nəfərin isə itkin düşdüyünü bildirib.
Prezident zəlzələdən 52 816 nəfərin zərər çəkdiyini qeyd edib. Onun sözlərinə görə, Kali, Pereyra, Kibdo, Manisales və Armeniya şəhərlərində qırmızı xəbərdarlıq rejimi qüvvədə qalır.
Bununla yanaşı, Milli Məhkəmə Tibb və Məhkəmə Elmləri İnstitutu son bülletenində Manisales, Pereyra, Kali, Buqa, Tuluya, Buenaventura və Kibdo kimi şəhərlərdən gətirilən ümumilikdə 202 meyitdən 122-nin şəxsiyyətinin müəyyənləşdirildiyini açıqlayıb.
Avqustun 10-da ölkədə baş verən 7,4 maqnitudalı zəlzələdə həlak olanların xatirəsinə üç günlük milli matəm elan edildiyi bildirilmişdi.