logo
logo logo
logo

NASA-dan Marsda təəccübləndirən KƏŞF

12:47 - 13 Avqust 2026

NASA-dan Marsda təəccübləndirən KƏŞF

NASA-nın “Perseverance” aparatı Marsdakı Jezero kraterində apardığı araşdırmalar zamanı gözlənilməz kəşfə imza atıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, aparatın üzərindəki lazer sistemləri vasitəsilə açıq rəngli süxurlar üzərində aparılan təhlillər nəticəsində Yer kürəsində qiymətli daşlar arasında yer alan yaqut və sapfirin əsasını təşkil edən korund mineralı aşkar edilib.

Marsda ilk dəfə rast gəlinən bu mineralın tərkibində xromla birləşmiş quruluşun olduğu müəyyənləşdirilib. Məhz bu xüsusiyyət yaquta xas qırmızı və çəhrayı çalarların yaranmasına səbəb olur.

Korund adətən alüminiumla zəngin, silisium baxımından isə kasıb mühitlərdə əmələ gəlir. Yer kürəsində yüksək temperatur və tektonik proseslər nəticəsində yaranan bu mineralın Mars şəraitində necə formalaşdığı alimlər arasında maraq doğurub.

Araşdırmaların əsasını təşkil edən “Hampden River”, “Coffee Cove” və “Smiths Harbour” adlı üç ayrı süxur nümunəsinin kraterin müxtəlif hissələrində yerləşən və ana süxurdan qoparaq başqa ərazilərə daşınmış parçalar olduğu bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az