logo
logo logo
logo

“Eurovision” 2027-nin keçiriləcəyi ərazi bəlli oldu

14:24 - 13 Avqust 2026

“Eurovision” 2027-nin keçiriləcəyi ərazi bəlli oldu

Avropa Yayım Birliyi (EBU) 2027-ci ildə keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə Bolqarıstanın Qara dəniz sahilində yerləşən Burqas şəhərinin ev sahibliyi edəcəyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, EBU və Bolqarıstan Milli Televiziyası (BNT) 71-ci “Eurovision” mahnı müsabiqəsinin məhz Burqasda keçiriləcəyini təsdiqləyib.

Burqasın seçilməsi Türkiyə baxımından da diqqət çəkir. Ədirnə sərhədinə yaxın yerləşən şəhər 2004-cü ildə İstanbulda keçirilən müsabiqədən sonra “Eurovision” tarixində Türkiyə sərhədinə ən yaxın ev sahibliyi edəcək şəhərlərdən biri olacaq.

Burqas ilə Ədirnədəki Hamzabəyli sərhəd-keçid məntəqəsi arasındakı avtomobil yolu məsafəsi təxminən 128 kilometrdir. Adi şəraitdə avtomobillə bu məsafəni təxminən 2 saat 10 dəqiqəyə qət etmək mümkündür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az