logo
logo logo
logo

16 yaşdan kiçiklərə aid 756 min sosial media hesabı bağlandı

14:33 - 13 Avqust 2026

16 yaşdan kiçiklərə aid 756 min sosial media hesabı bağlandı

ABŞ-də yerləşən texnologiya şirkəti “Meta Platforms Inc.” Avstraliyada 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə dair qanun çərçivəsində 756 min “Instagram” və “Facebook” hesabına girişi məhdudlaşdırdığını açıqlayıb.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, şirkətdən bildirilib ki, Avstraliyada qanunun 2025-ci ilin dekabrında qüvvəyə minməsindən əvvəl və sonra aparılan yoxlamalar zamanı 16 yaşdan aşağı şəxslərə aid olduğu müəyyənləşdirilən 462 min “Instagram” və 294 min “Facebook” hesabı bağlanıb.

Açıqlamada yoxlamaların süni intellektə əsaslanan aşkarlama sistemləri vasitəsilə fasiləsiz davam etdirildiyi və bağlanan hesabların sayının artmaqda davam edəcəyi vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az