logo
logo logo
logo

Kanada və ABŞ arasında gərginlik artır

14:50 - 13 Avqust 2026

Kanada və ABŞ arasında gərginlik artır

On minlərlə kanadalı ABŞ-ın Ottavadakı səfiri Pit Hukstranın arzuolunmaz şəxs elan edilərək ölkədən çıxarılması tələbi ilə başladılan imza kampaniyasına qoşulub. Kalqari şəhərində yaşayan bir vətəndaş tərəfindən başladılan və payızda İcmalar Palatasına təqdim edilməsi nəzərdə tutulan kampaniyada imzaların sayı qısa müddətdə 60 minə yaxınlaşıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, müraciətdə Hukstra Kanada ilə ABŞ arasındakı diplomatik münasibətlərə zərər vuran açıqlamalar verməkdə və diplomatik qaydalara zidd olaraq Kanadanın daxili siyasətinə müdaxilə etməkdə ittiham olunub. Kampaniyanı başladanlar səfirin Tramp administrasiyasının Kanadanı ABŞ-a birləşdirmə təhdidlərini legitimləşdirdiyini iddia ediblər.

Hukstra iyun ayında verdiyi açıqlamada Kanadanın ABŞ tərəfindən ilhaq edilməsinin Baş nazir Mark Karni ilə ABŞ Prezidenti Donald Tramp arasında müzakirə edilə biləcək “möhtəşəm mövzu” olduğunu bildirib. O, sentyabrda Halifaksda keçirilən tədbirdə Kanadadakı seçki kampaniyasında səsləndirilən “ABŞ əleyhinə” fikirlərdən narazı olduğunu deyib, Tramp administrasiyasının gömrük rüsumları siyasətinin “ticarət müharibəsi” adlandırılmasını tənqid edib.

Səfir həmçinin kanadalı siyasətçilərin ABŞ-a səfər etməmək və Amerika içkilərini mağaza rəflərindən yığışdırmaq çağırışlarını da hədəfə alıb. Özünə yönələn tənqidlərə cavab verən Hukstra vəzifəsinin “ABŞ prezidentinin mövqeyini təmsil etmək” olduğunu bildirib. ABŞ-ın Ottavadakı səfirliyinin sözçüsü kampaniyadan xəbərdar olduqlarını, lakin məsələ ilə bağlı şərh verməyəcəklərini açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az