İstanbulun Kiçikçəkməcə rayonunda 2 yaşlı körpəsinin olduğu uşaq arabasından narkotik vasitələrin daşınması üçün istifadə etdiyi müəyyən edilən Damla K. və narkotiki qəbul edən Y.K. polis əməliyyatı nəticəsində saxlanılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, polis araşdırması zamanı Damla K.-nin narkotik vasitələri “əsas gizlətmə yeri” kimi istifadə etdiyi evdən çıxararaq körpəsinin olduğu uşaq arabası ilə daşıdığı müəyyənləşdirilib.
Əməliyyat zamanı şübhəlilərin üzərindən və avtomobildən ümumilikdə 1 kiloqram 710 qram marixuana və 410 qram kokain olmaqla 2 kiloqram 120 qram narkotik vasitə aşkarlanıb.
Məhkəməyə çıxarılan Damla K. və Y.K. barəsində həbs qətimkan tədbiri seçilib və onlar cəzaçəkmə müəssisəsinə göndəriliblər.