Almaniyada bu il hökm sürən həddindən artıq isti hava ilə əlaqəli səbəblərdən ölənlərin sayının 12 500-ə yaxınlaşdığı bildirilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Robert Kox İnstitutunun avqustun 2-dək olan məlumatları əhatə edən hesabatına görə, 2026-cı ilin 15-ci həftəsindən 31-ci həftəsinədək ölkədə həddindən artıq isti hava ilə əlaqədar təxminən 12 500 nəfər həyatını itirib.
Hesabatda son 10 ildə isti hava ilə bağlı ölüm hallarının xüsusilə 2018 və 2019-cu illərdə yüksək olduğu qeyd edilib; həmin illərdə müvafiq olaraq 9 400 və 7 700 nəfər həyatını itirib.