logo
logo logo
logo

Fransada 80 min avroluq böyük SOYĞUN

10:39 - 14 Avqust 2026

Fransada 80 min avroluq böyük SOYĞUN

Fransanın şərqində yerləşən Burqoin-Jalyö şəhərində kolleksiya kartları üzrə ixtisaslaşmış mağazaya basqın edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, basqın zamanı təxminən 80 min avro dəyərində Pokémon kartları oğurlanıb.

Fransa Mətbuat Agentliyinə (AFP) açıqlama verən mağaza rəhbəri hadisənin səhər saat 04:00 radələrində baş verdiyini bildirib.

Mağazanın rəhbərinin sözlərinə görə, üzlərini maska ilə gizlədən dörd nəfər əsas giriş qapısını sındıraraq içəri daxil olub. Oğrular həyəcan siqnalı işə düşdükdən sonra avtomobillə ərazidən qaçmazdan əvvəl «Smogtrade» adlı mağazadan yüzlərlə kart oğurlayıblar.

Oğurlanan məhsulların, demək olar ki, hamısının Yaponiyanın Pokémon markasına məxsus olduğu bildirilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az