Hindistanın şimalında hidroelektrik stansiyaya aid tunelin tikintisi zamanı tunelə su və qaya parçaları dolub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həyatını itirib, 10 nəfər yaralanıb, 20-dən çox işçi tuneldə qalıb.
Hadisədən sonra tuneldə genişmiqyaslı axtarış-xilasetmə işlərinə başlanılıb.
Uttarakhand ştatının baş naziri Puşkar Sinq Dhami ABŞ-də yerləşən X şirkətinin sosial şəbəkə platformasındakı hesabında paylaşım edərək tuneldə qalan digər işçilərin də xəsarət almadan çıxarılması üçün işlərin fasiləsiz davam etdirildiyini bildirib.