logo
logo logo
logo

Etna vulkanı püskürdü - Uçuşlar ləğv olundu

11:00 - 14 Avqust 2026

Etna vulkanı püskürdü - Uçuşlar ləğv olundu

İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanında baş verən püskürmə nəticəsində yaranan kül buludu səbəbindən Katanya hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hava limanını idarə edən SAC şirkətinin sosial şəbəkə hesabında yayımlanan açıqlamada Etna vulkanından qalxan külün hava limanı ətrafındakı hava məkanına yayılması səbəbindən hava limanına gələn reyslərin yerli vaxtla saat 15:00-dək dayandırıldığı bildirilib.

Açıqlamada vəziyyətin Katanya hava limanında uçuşların həyata keçirilməsinə ciddi təsir göstərdiyi qeyd olunub. Sərnişinlərə hava limanına yola düşməzdən əvvəl reyslərinin vəziyyətini aviaşirkətlərdən dəqiqləşdirmələri tövsiyə edilib.

Etna vulkanı təxminən 3 300 metr hündürlüyü ilə Avropanın materik hissəsindəki ən hündür fəal vulkan hesab olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az