Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı aparılan istintaq çərçivəsində üç şübhəli həbs edilib və Ailə və Sosial Xidmətlər Nazirliyi də məsələ ilə bağlı açıqlama yayıb.
15 yaşlı W.A təmizlik etməyə getdiyi evdə cinsi təcavüzə məruz qalıb. T24-dən Candan Yıldızın verdiyi məlumata görə, zərərçəkənin anası NM polis bölməsində tərcüməçinin köməyi ilə ifadə verərək hadisə ilə bağlı qorxulu detalları açıqlayıb.
Ana açıqlamasında baş verənlərlə bağlı aşağıdakı detalları bölüşüb:
"S.Ö. qonşumuzdur. Bu hadisədən təxminən iki-üç ay əvvəl S.Ö.-dən uşaqlarım üçün iş tapmasını xahiş etdim. 7 iyul 2026-cı ildə qızım evə gələndə S.Ö.-nü pilləkənlərdə gördü və qızım ona bir saatlıq ev təmizliyi işi olduğunu dedi. Qızım ona N.T adlı bir qadınla gedəcəyini dedi. Mən tez-tez NT-nin S.Ö.-nün evinə girib-çıxdığını görürdüm. Həmin gün, saat 14:00 radələrində qızım evdən çıxdı. Lakin o, işi kimin tapdığını və ya kiminlə getdiyini mənə demədi. Elə həmin gün saat 17:00 radələrində evə qayıtdı, duş qəbul etdi, paltarlarını yudu və otağına getdi. Qızımın ağladığını gördüm".
Polis hesabatına görə, 15 yaşlı W.A hadisə günü N.T-nin onu təmizlik işi üçün bir evə apardığını, "Sən içəri gir, mən dərhal orada olacağam" dediyini və içəri girəndə M.G adlı bir şəxsin qapını kilidləyərək ona təcavüz etdiyini bildirib. Hadisə ilə əlaqədar üç nəfər həbs edilib.