logo
logo logo
logo

"Fənərbağça" yeni qapıçısını tapdı

15:24 - 14 Avqust 2026

\"Fənərbağça\" yeni qapıçısını tapdı

Həm legioner limiti, həm də qapıçılar arasındakı seçimlə bağlı çətinliklər yaşayan "Fənərbağça"da klub rəhbərliyi hərəkətə keçib. «Yuventus»un maraq göstərdiyi Edersonun satışı üçün İtaliya klubu ilə danışıqlara başlayan İstanbul təmsilçisi, digər tərəfdən isə keçmiş qapıçısını geri qaytarmaq üçün ilk təması qurub. Fredlə yollarını ayıran "Fənərbağça" qapı xəttindəki iki legionerlə də vidalaşaraq tamamilə yerli futbolçulara üstünlük vermək və Berke Özeri «Lill»dən geri qaytarmaq istəyir.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fredin ayrılmasından sonra heyətindəki legionerlərin sayını 24-ə endirən və daha azı 10 legionerlə də qısa müddətdə yollarını ayırmalı olan "Fənərbağça"da mühüm dəyişikliklər gündəmə gəlib. Ötən mövsümün əvvəlində «Mançester Siti»dən böyük ümidlərlə transfer edilən Edersonla yollarını ayırmaq istəyən Aziz Yıldırımın rəhbərlik etdiyi klub qapını gözlənilməz ada etibar etməyə hazırlaşır.

Pep Qvardiolanın rəhbərliyi altında «Mançester Siti»də böyük uğurlar qazanan braziliyalı qapıçı Ederson ötən mövsümün əvvəlində diqqətçəkən transferlə "Fənərbağça"ya keçmişdi. Lakin böyük ümidlərlə gətirilən təcrübəli qapıçı, xüsusilə mövsümün sonlarına yaxın buraxdığı səhvlər və həyat yoldaşının sosial şəbəkələrdəki davranışları səbəbindən sarı-göyərtili azarkeşlərin tənqidinə məruz qalıb.

"Fənərbağça"dakı gələcəyi hələ də qeyri-müəyyən olan Ederson cari mövsümdə keçirilən rəsmi oyunlarda da baş məşqçi İsmayıl Kartaldan şans qazanmayıb. Təcrübəli mütəxəssis qapını Mert Günoka həvalə edib. Bu qərar braziliyalı qapıçı ilə yolların ayrılacağı kimi qiymətləndirilib.

İtaliya nəhəngi «Yuventus»un maraq göstərdiyi Edersonun satışı ilə bağlı Aziz Yıldırım və klub rəhbərliyi danışıqlara müsbət yanaşır. Bunun əsas səbəbləri braziliyalı qapıçının yüksək maliyyə yükündən xilas olmaq və legioner limitində yer açmaqdır. Fənərbaxça bununla yanaşı qapı xəttini yerli futbolçu ilə gücləndirmək istəyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az