logo
logo logo
logo

Putinin səfəri Tokionu ayağa qaldırdı

15:28 - 14 Avqust 2026

Putinin səfəri Tokionu ayağa qaldırdı

Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Yaponiya arasında uzun illərdir suverenlik mübahisəsinə səbəb olan Kuril adalarına səfər edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, səfər Tokio hökumətinin kəskin etirazına səbəb olub.

Putin Rusiyanın şərqinə səfəri çərçivəsində əvvəlcə hərbi dəniz qüvvələrinin təlimini izləyib, daha sonra Kuril adalarındakı İturup adasına gedib. Bu, Putinin prezidentlik fəaliyyəti dövründə bölgəyə ilk səfəri olub.

Rusiya mətbuatı Putinin İturup adasında balıq emalı müəssisəsinə baş çəkdiyi görüntüləri yayıb. Görüntülərdə Rusiya prezidentinin müəssisənin əməkdaşlarından iş prosesi barədə məlumat aldığı və burada istehsal olunan balığın dadına baxdığı əks olunub.

Putinin səfərinə Yaponiyadan sərt reaksiya verilib. Yaponiyanın Baş naziri Sanae Takaichi səfəri «qəbuledilməz» adlandıraraq Rusiya tərəfinə etiraz etdiklərini bildirib.

Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi də sosial şəbəkə hesabında etdiyi paylaşımda səfərə kəskin etiraz etdiklərini açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az