logo
logo logo
logo

Almaniyada 2 min nəfər təxliyə olundu

15:55 - 14 Avqust 2026

Almaniyada 2 min nəfər təxliyə olundu

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Hürtgenvald bölgəsində baş verən meşə yanğınının yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən təxminən 2 min nəfərin təxliyəsinə başlanılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bələdiyyədən verilən açıqlamada alovların Gey məhəlləsinə təxminən 200 metr məsafədə olduğu bildirilib.

Səlahiyyətli şəxslər təxliyə edilən sakinlərdən özləri ilə yalnız zəruri şəxsi əşyalarını, şəxsiyyət sənədlərini və dərmanlarını götürmələrini istəyiblər.

Bələdiyyə ərazi sakinlərinə tüstünün sıx olması səbəbindən ağız və burunlarını parça, geyim və ya maska ilə örtmələrini tövsiyə edib.

Sakinlərdən yanğın bölgəsinə yaxınlaşmamaq və ərazidən uzaq durmaq xahiş olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az