logo
logo logo
logo

Təmir zamanı 9 milyonluq qızıl tapdılar

16:35 - 14 Avqust 2026

Təmir zamanı 9 milyonluq qızıl tapdılar

Belçikanın Dendermonde şəhərində təmir işləri zamanı binanın divarında gizlədilmiş, təxminən 9 milyon avro dəyərində qızıl aşkarlanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Flamand bölgəsində yerləşən Dendermondedə sosial yardım təşkilatı CAW-a məxsus köhnə binada təmir aparan işçilər zirzəminin divarını sökərkən onun içərisində gizlədilmiş sandıq aşkar ediblər.

"De Brand" tikinti şirkətinin əməkdaşları tərəfindən açılan sandıqdan çoxlu sayda qızıl külçə və sikkə tapılıb. Bundan sonra binanın sahibi olan CAW və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hadisə barədə polisə məlumat verildikdən sonra götürülən qızıllar təhlükəsiz yerə aparılıb.

Şərqi Flandriya Prokurorluğu qızılların kimə məxsus olduğunu, binada nə vaxt və kim tərəfindən gizlədildiyini, eləcə də onların qanuni yolla əldə edilib-edilmədiyini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.

Təxminən 9 milyon avro dəyərində olan xəzinənin son sahibinin kim olacağı hələ müəyyən edilməyib.

Hadisənin ictimaiyyətə açıqlanmasından sonra əraziyə qızıl axtarmaq istəyən çox sayda insan gəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az