Çin “SEO” adlı peyki “Long March-2C” daşıyıcı raketi ilə kosmosa göndərib. Peykin təyinatı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çin “SEO” adlı peyki Şanşi əyalətində yerləşən Tayyüen Peyk Buraxılış Mərkəzindən kosmosa göndərib. Peykin hansı məqsədlə istifadə olunacağı barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Çinin rəsmi xəbər agentliyi Sinxuanın yaydığı məlumata görə, “SEO” peyki “Long March-2C” daşıyıcı raketi ilə orbitə çıxarılıb. Buraxılışdan sonra peyk nəzərdə tutulan orbitə uğurla yerləşdirilib.
Bu buraxılış “Long March” raketləri ilə həyata keçirilən 664-cü daşıma missiyası olub.
Çin tərəfindən həyata keçirilən buraxılışdan sonra peykin texniki xüsusiyyətləri və təyinatı barədə hər hansı məlumat açıqlanmayıb. Çin Milli Kosmik Administrasiyası (CNSA) da buraxılışla bağlı açıqlama verməyib.
Peykin missiyası barədə rəsmi məlumatın təqdim edilməməsi diqqət çəkir. “SEO” peykinin Çin ilə Birləşmiş Ərəb Əmirlikləri arasında kosmik sahədə əməkdaşlıq çərçivəsində hazırlandığı ehtimal olunur.