Venesuelada iyunun 24-də baş verən 7,2 və 7,5 maqnitudalı iki zəlzələ nəticəsində ölənlərin sayı 6 438-ə yüksəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Venesuela hökumətinin məlumatına görə, zəlzələlərin episentrləri ölkənin qərbində yerləşən Yaraku və mərkəzi hissəsindəki La Quayra ştatlarında qeydə alınıb. Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində ölənlərin sayı daha 137 nəfər artıb.
Açıqlamada zəlzələdən zərər çəkən ailələrə 335 evin verildiyi bildirilib.
Həmçinin 59 109 bina ilə bağlı aparılan qiymətləndirmə nəticəsində onların 34 680-nin yaşayış üçün yararlı, 13 733-nün giriş imkanları məhdud və 10 696-nın yüksək riskli olduğu müəyyənləşdirilib.