Konqo Demokratik Respublikasında (KDR) ölkə tarixinin ən ağır Ebola epidemiyası getdikcə genişlənir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, epidemiyada ölənlərin sayı 2 500-ü keçib. Birləşmiş Millətlər Təşkilatı (BMT) xəstəliyin Fransadan daha böyük əraziyə sürətlə yayıldığını və yoluxma hallarının həndəsi silsilə ilə artdığını açıqlayıb.
BMT-nin Ebola üzrə baş koordinatoru Julien Harneis epidemiyanın yayıldığı ərazinin Fransanın ərazisindən daha geniş olduğunu və yoluxma hallarındakı artımın sürətlə davam etdiyini bildirib.
Harneis epidemiyaya qarşı mübarizədə əsas problemlərdən birinin də maliyyə çatışmazlığı olduğunu deyib. Onun sözlərinə görə, hazırda mövcud olan yardım vəsaiti yalnız qarşıdakı bir neçə həftə üçün kifayət edə bilər.
BMT rəsmisi yeni maliyyə vəsaiti ayrılmadığı təqdirdə epidemiyaya qarşı mübarizə tədbirlərinin ciddi şəkildə zəifləyə biləcəyi barədə xəbərdarlıq edib.