logo
logo logo
logo

Restoranda güclü yanğın çıxdı

16:03 - 21 Avqust 2026

Restoranda güclü yanğın çıxdı

İsveçrənin Tusiş qəsəbəsində yerləşən restoranda naməlum səbəbdən yanğın baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər yaralanıb, 5 nəfərdən isə xəbər almaq mümkün olmayıb.

Polisin məlumatına görə, gecə saatlarında restoranın ikinci mərtəbəsində başlayan yanğına təxminən 100 yanğınsöndürən müdaxilə edib.

Restoranla yanaşı mənzillərin də yerləşdiyi binadan 14 nəfərin öz imkanları ilə çıxa bildiyi bildirilib. Onlardan ikisinin vəziyyətinin ağır, ikisinin orta ağır, dördünün isə yüngül olduğu qeyd edilib.

Yaralılar Kur, Tusiş, İlants və Sürix şəhərlərindəki xəstəxanalara çatdırılıb. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün genişmiqyaslı araşdırma başlanıb.

Tusiş qəsəbəsinin yerləşdiyi Qraubünden kantonu həm yay, həm də qış istirahəti üçün turistlərin üstünlük verdiyi məşhur bölgələrdən biridir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az