Almaniyada anomal istilər, meşə yanğınları və quraqlıq kimi ciddi problemlərin yaşandığı bir vaxtda Kansler Fridrix Mertsin təxminən dörd həftədir ictimaiyyət qarşısında görünməməsi ölkədə geniş müzakirələrə səbəb olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Tagesschau” internet portalı “Mertsin səssizliyi və uzanan məzuniyyəti” başlıqlı yazısında kanslerin sonuncu dəfə iyulun 29-da “Yaxşı istirahətlər, sağ olun” ifadəsi ilə ictimaiyyət qarşısından çəkildiyini xatırladıb. Yazıda əvvəlcə bir neçə gün davam edəcəyi açıqlanan məzuniyyətin təxminən dörd həftəyə qədər uzanması tənqid olunub.
Mertsin məzuniyyətdə olduğu müddətdə Almaniyada anomal istilər, quraqlıq, meşə yanğınları və çaylarda su səviyyəsinin aşağı düşməsi kimi mühüm hadisələrin baş verdiyi bildirilib. Həmçinin Leypsiq-Halle hava limanında partlayıcı qurğu daşıdığı ehtimal edilən pilotsuz uçuş aparatının aşkarlanmasına diqqət çəkilib.
Yazıda kanslerin bu hadisələrlə bağlı ictimaiyyət qarşısında açıqlama verməməsinin sual doğurduğu qeyd edilib.
Həmçinin Mertsin siyasi baxımdan çətin bir dövrdə uzun müddət səssiz qalmasının diqqət çəkdiyi vurğulanıb.