Rusiyanın Ukraynanın Zaporojye vilayətinə endirdiyi zərbələr nəticəsində 3 nəfər həlak olub, 15 nəfər yaralanıb.
Manset.az xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov Teleqram-da bildirib.
Onun sözlərinə görə, Rusiya qoşunları Zaporojye rayonuna yeddi dəfə zərbə endirib. Nəticədə fərdi yaşayış evlərinə ziyan dəyib.
"İki nəfər həlak olub. Daha 15 nəfər yaralanıb, onların arasında uşaq da var", - Fyodorov bildirib.
Daha sonra o, Rusiyanın hücumu nəticəsində daha bir nəfərin həlak olduğunu dəqiqləşdirib.