Yaponiyanın mərkəzində yerləşən İbaraki prefekturasında 5,9 bal gücündə zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Agentliyi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar avqustun 23-ü yerli vaxtla saat 02:00-da qeydə alınıb. Zəlzələ ocağı təxminən 70 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat yoxdur.