logo
logo logo
logo

7 yaşlı oğlunu 2000 metr yüksəklikdə tək qoydu

09:50 - 23 Avqust 2026

7 yaşlı oğlunu 2000 metr yüksəklikdə tək qoydu

Yaponiyada 48 yaşlı ata yeddi yaşlı oğlunu Fuci dağında tək qoyduğu üçün töhmət alıb.


Manset.az BBC-yə istinadən xəbər verir ki, uşaq yağışlı havada, 2 000 metr yüksəklikdə skamyada oturmuş vəziyyətdə aşkarlanıb.

Məlumata görə, oğlan atası ilə birlikdə dağa qalxıb. Uşaq yorulduğunu deyib. Buna cavab olaraq ata ona "burada gözlə" deyərək yoluna davam edib.

Uşağı aşkarlayan dağ daxmasının əməkdaşları hadisə barədə polisə məlumat veriblər. Oğlanın atası uşağı tərk etdiyi yerdən təxminən üç saatlıq piyada məsafədə müəyyən edilib. Kişi oğlunun yanına qayıdaraq baş verənlərə görə üzr istəyib.

Qeyd edək ki, Fuci Yaponiyanın ən yüksək dağıdır. Dağın hündürlüyü 3 776 metrdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az