logo
logo logo
logo

İranda daha bir etirazçı edam edildi - FOTO

15:30 - 23 Avqust 2026

İranda daha bir etirazçı edam edildi - FOTO

İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı olan "Mizan Online" 2026-cı ilin yanvarında saxlanılan etirazçı Məcid Adinənin dar ağacından asıldığını açıqlayıb.


Manset.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, İran məhkəmə orqanları Adinəni "İsrail, ABŞ və düşmən qrupların xeyrinə əməliyyat fəaliyyəti aparmaq, ölkənin milli təhlükəsizliyinə və maraqlarına qarşı onlarla əməkdaşlıq etmək"də ittiham ediblər.

Agentlikdən bildirilib ki, Məcid Adinə yanvarın 9-da Kərəc yaxınlığındakı Məhəmmədşəhr ərazisində saxlanılıb.

Xatırladaq ki, daha əvvəl İranda ötən ilin dekabrında keçirilən kütləvi etirazlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına avtomobillə hücum etməkdə ittiham olunan Şahram Sadiqi dar ağacından asılıb. 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az