Şərqi Sakit okeanda əməliyyatlarını davam etdirən ABŞ ordusu narkotik vasitə daşıdığı iddia edilən qayığa zərbə endirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində iki nəfərin öldüyü bildirilib.
Açıqlamada bildirilib ki, bu əməliyyat SOUTHCOM-un mübarizəni birbaşa narkotik kartellərinə qarşı apardığını göstərir. Qeyd olunub ki, SOUTHCOM Komandanı general Frensis L. Donovanın göstərişi ilə Qərb Yarımkürəsi Birgə Əməliyyat Qrupu Şərqi Sakit okeanda müəyyən edilmiş narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət edən kiçik ölçülü gəmiyə ölümcül zərbə endirib.