logo
logo logo
logo

Türkiyədə məktəb hücumunu törədən uşaqla bağlı yenilik - 5,1 milyon təzminat istədi

16:04 - 24 Avqust 2026

Türkiyədə məktəb hücumunu törədən uşaqla bağlı yenilik - 5,1 milyon təzminat istədi

Türkiyənin Kahramanmaraş şəhərində 10 nəfərin həyatını itirdiyi məktəb hücumundan sonra hüquqi prosesdə yeni mərhələ başlayıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücum zamanı həlak olan riyaziyyat müəllimi Ayla Karanın ailəsi hadisəni törədən 14 yaşlı uşağın həbsdə olan atası barəsində 5 milyon 100 min türk lirəsi məbləğində maddi və mənəvi təzminat iddiası qaldırıb.

Ailənin müraciətindən sonra məhkəmə şübhəlinin bütün əmlakına müvəqqəti həbs qoyulmasına qərar verib. Qərarın əsaslandırılmasında valideynlərin övladlarının üçüncü şəxslərə vurduğu zərərə görə hansı hallarda məsuliyyət daşıya biləcəyi ilə bağlı hüquqi qiymətləndirmələr yer alıb.

Qeyd edək ki, Kahramanmaraşda aprelin 15-də İsa Aras Mersinli həbsdə olan polis başmüfəttişi Uğur Mersinliyə məxsus silahlardan istifadə edərək Ayşər Çalık Orta məktəbinə hücum edib. Hadisə nəticəsində 9 şagird və 1 müəllim həyatını itirib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az