Meksikanın Sakatekas ştatında polis idarəsinin qarşısında avtomobilə yerləşdirilən partlayıcının işə düşməsi nəticəsində 10 nəfər xəsarət alıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Sakatekas ştatının Ojokalyente şəhərində baş verib. Polis idarəsinin binası qarşısında saxlanılan avtomobilin oğurlandığı və içərisinə partlayıcı yerləşdirildiyi müəyyən edilib.
Partlayış nəticəsində 10 nəfər yaralanıb. Xəsarət alanlardan ikisinin polis əməkdaşı olduğu, iki nəfərin vəziyyətinin isə ağır olduğu bildirilib.
Güclü partlayış ətrafdakı təxminən 40 binaya və çoxsaylı avtomobilə ziyan vurub.
Hadisə ilə bağlı araşdırma başladılıb.